Klub prezidenti adam oğurluğunda şübhəli bilinir

1 Mart 2023 10:20 Fransa 285
Klub prezidenti adam oğurluğunda şübhəli bilinir

PSJ-nin prezidenti, qətərli iş adamı Nasser Əl-Xəlafi adam oğurluğunda əli olmaqda şübhəli bilinir.

Sportinfo.az xəbər verir ki, bununla bağlı Paris məhkəməsi iddia açıb.

İddialar 2020-ci ilin yanvarında Qətərdə qaçırılan 42 yaşlı lobbiçi Tayeb Bin Abderrahmanın oğurlanması və işgəncələrə məruz qalması ilə bağlıdır.

Həbs edildikdən sonra Bin Abderrahman 6 ay işgəncələrə məruz qalıb, sonra ev dustaqlığına buraxılıb.

Ben Abderrahman Qətəri yalnız 2020-ci ilin noyabrında Nasser Əl-Xəlafi ilə bağlı gizlilik müqaviləsi imzaladıqdan sonra tərk edə bilib.

Bin Abderrahmanın gizli saxladığı məlumat DÇ-2022-nin Qətərə verilməsi, həmçinin 2026 və 2030-cu ildə keçiriləcək mundialların televiziya hüquqlarının Əl-Xəlafinin sədri olduğu "BeIN Media"ya verilməsi ilə bağlı ola bilər.

Digər Xəbərlər
Xəbər Lenti