Təcavüzdə ittiham olunan federasiya prezidenti istefa verdi - QALMAQAL

1 Mart 2023 00:10 Fransa 226
Təcavüzdə ittiham olunan federasiya prezidenti istefa verdi - QALMAQAL

Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qret vəzifəsindən gedib.

Sportinfo.az xəbər verir ki, аederasiyanın yaydığı rəsmi açıqlamada onun istefa verdiyi və istefasının qəbul edildiyi bildirilib.

Onu müvəqqəti olaraq köməkçisi Filip Diallo əvəz edəcək.

Le Qretin adı son zamanlar daha çox qalmaqallarda hallanırdı.

Təcavüzdə ittiham edilən funksioner Fransa futbolunun əfsanəsi Zinəddin Zidanla bağlı açıqlamaları ilə də narazılığa səbəb olmuşdu. Bundan başqa, Fransa İdman Nazirliyi Federasiyada geniş audit yoxlaması aparır.

81 yaşlı Noel Le Qret 2011-ci ildən Fransa Futbol Federasiyasına rəhbərlik edirdi.

Digər Xəbərlər
Xəbər Lenti