.jpg)
Lionel Messi PSJ-dən ayrılmayacaq.
Sportinfo.az xəbər verir ki, bu barədə "TyC Sport" məlumat yayıb.
35 yaşlı forvard Paris təmsilçisi ilə müqaviləni yeniləyəcək.
Bundan əlavə bildirilir ki, Messi "Barselona"dan təklif almayıb. Buna görə də artıq argentinalı fovardın Kataloniya klubuna qayıtmaq ehtrimalı yoxdur.
Messi 2021-ci ilin yayından PSJ-də oynayır. Onun müqaviləsi bu mövsümün sonuna qədərdir.