Üç fransalı ilə maraqlanır

21 Fevral 2023 10:00 Fransa 440
Üç fransalı ilə maraqlanır

PSJ Almaniya çempionatında oynayan üç fransalı ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisi "Borussiya"nın (Münhenqladbax) futbolçuları – Markus Türam və Manu Kone, həmçinin “Ayntraxt”ın əsas forvardı Randal Kolo Muanini istəyir.

PSJ üçün əsas məsələ Kolo Muaninin transferidir. “Bavariya” və “Mançester Yunayted”in də heyətinə qatmaq istədiyi forvard parislilərə 80 milyon avroya başa gələ bilər.

Fransa nəhəngi onu transfer edə bilməsə, Markus Türamı yayda heyətinə azad agent kimi qatacaq.

Muani 2022-ci ildən "Ayntraxt"da oynayır və 20 oyuna 10 qol vurub. Fransa millisinin üzvü də olan Randalın ölkəsinə qayıdıb-qayıtmayacağı yayda dəqiqləşəcək.

Digər Xəbərlər
Xəbər Lenti