3-4 həftəlik sıradan çıxdı - PSJ-də Neymar şoku

20 Fevral 2023 21:40 Fransa 283
3-4 həftəlik sıradan çıxdı - PSJ-də Neymar şoku

PSJ-nin heyətində ciddi itki baş verib.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisinin hücumçusu Neymar sıradan çıxıb.

30 yaşlı futbolçu ölkə çempionatının 24-cü turunun "Lill"lə matçında zədələnərək meydanı xərəkdə tərk edib.

Braziliyalı hücumçunun durumu artıq bəlli olub. "Le Parisien" nəşrinin məlumatına görə topuğundan zədələnnə oyunçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Neymar cari mövsümdə PSJ-nin heyətində bütün turnirlərdə meydana çıxdığı 29 rəsmi matçda 18 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti