Zinəddin Zidanın bu kluba aş məşqçi gəlməsini arzulayır

17 Fevral 2023 12:00 Fransa 442
Zinəddin Zidanın bu kluba aş məşqçi gəlməsini arzulayır

PSJ rəhbərliyi baş məşqçi Kristof Qaltyenin son nəticələrindən narazıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

Parislilər bir həftə ərzində ardıcıl 3 məğlubiyyət alıblar. Onlar Fransa Kubokunun 1/8 finalında "Marsel"ə (1:2), Liqa 1-də "Monako"ya (1:3) və Çempionlar Liqasının 1/8 finalının ilk matçında "Bavariya"ya (0:1) uduzublar. Bu məğlubiyyət seriyası Qaltyenin mövqeyini zəiflədib.

Bildirilir ki, ardıcıl dördüncü məğlubiyyət PSJ-nin sahibləri üçün problem olacaq. Qaltye bilir ki, rəhbərlik növbəti iki matçın nəticələrini diqqətlə izləyəcək. Bunlar Liqa 1-də "Lill" və "Marsel"lə görüşlərdir.

PSJ-nin rəhbərləri təkcə nəticələrdən deyil, həm də komandanın ümumi oyunundan narazıdırlar. Xüsusilə tənqidlərə Çempionlar Liqasının “Bavariya” ilə matçının birinci hissəsi səbəb olub.

Rəhbərliyin PSJ-nin kəskin geriləməsinin səbəbləri ilə bağlı sualları var. Məsələn, klubun rəhbərləri başa düşmürlər ki, yarımmüdafiənin liderlərindən olan Vitinya necə oyuna heç bir təsiri olmayan futbolçuya çevrilib.

Qeyd olunur ki, PSJ-nin sahibi olan Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani komandaya Zinəddin Zidanın baş məşqçi gəlməsini arzulayır.

Artıq il yarımdır ki, tərəflər əlaqə saxlasalar da, mütəxəssis Fransa yığması ilə işləməyə üstünlük verib. Yığmanın hazırkı çalışdırıcısı Didye Deşamın Fransa millisi ilə müqaviləsinin uzadılması halında vəziyyət dəyişə bilər.

Kristof Qaltye 2022-ci ilin iyulundan PSJ-nin baş məşqçisidir. Zidanın son klubu isə "Real" olub. O, 2021-ci ildə Madrid təmsilçisindən ayrılıb.

Digər Xəbərlər
Xəbər Lenti