PSJ yay "transfer pəncərəsi"ndə hücumçusu Neymarı satmağa qərar verib.
Sportinfo.az xəbər verir ki, parislilər braziliyalı üçün sərfəli təklifi nəzərdən keçirməyə hazırdır.
Neymarın özü isə PSJ-dən ayrılmaq istəmir. Amma Fransa nəhəngi yayda bu addımı atacaq.
31 yaşlı futbolçu 2017-ci ildən PSJ forması geyinir.

