PSJ qara kabusa dönən ən yaxın izləyicisinə uduzdu - VİDEO

12 Fevral 2023 00:20 Fransa 703
PSJ qara kabusa dönən ən yaxın izləyicisinə uduzdu - VİDEO

Fransa çempionatının XXIII turunda keçirilən oyunda “Monako” öz meydanında PSJ-ni məğlub edib – 3:1.

Sportinfo.az xəbər verir ki, matç Monte-Karlodakı “Lui II” stadionunda baş tutub.

Parislilər sonuncu dəfə 2021-ci ilin dekabrında “Monako”nu yenə bilib. “Park de Prens”dəki oyunda Kilian Mbappe dubl etmişdi.

Həmin matçdan sonra “PSJ” ardıcıl üç dəfə “Monako”ya qalib gələ bilməyib.

Keçən il martın 20-də monakolular rəqiblərini 3:0 hesabı ilə məğlub ediblər, 2022-ci il avqustun 28-də baş tutan görüşdə isə heç-heçə qeydə alınıb – 1:1.

XXIII turdakı məğlubiyyətə baxmayaraq, parislilər turnir cədvəlində liderliyini davam etdirirlər. Komandanın aktivində 54 xal var.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti