Dörd aylıq baş məşqçini istefaya göndərdilər

9 Fevral 2023 01:40 Fransa 593
Dörd aylıq baş məşqçini istefaya göndərdilər

Fransa I Liqasında baş məşqçi istefası gerçəkləşib.

Sportinfo.az xəbər verir ki, "Monpelye" Roma Pito ilə yollarını ayırıb.

45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Roma Pito ötən ilin oktyabr ayında "Monpelye"nin baş məşqçisi təyin olunmuşdu. Komanda Liqa 1-də 22 turdan sonra 20 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi