“Özümü boğduğumu hiss edirdim" - Millidən getmək səbəbi

7 Fevral 2023 18:40 Fransa 532
“Özümü boğduğumu hiss edirdim" - Millidən getmək səbəbi

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan Fransa millisində karyerasını başa vurmasını şərh edib.

Sportinfo.az xəbər verir ki, o, fiziki və psixoloji geriləmə hiss etdiyi üçün bu addımı atdığını deyib:

“Əlimdən gələn hər şeyi etdim: həm fiziki, həm də əqli cəhətdən. Hər zaman oynadım, heç vaxt dayanmadım.

Fasiləsiz meydanda olurduq. Özümü boğduğumu hiss edirdim”.

Xatırladaq ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Rafael Varan ötən il Qətərdəki mundialda gümüş medal qazanıb.

2013-cü ildən yığmanın formasını geyinən müdafiəçi 2021-ci ildə Millətlər Liqasında da qızıl medala sahib çıxıb. O, yığmada bütövlükdə 93 oyun keçirib, 5 qola imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti