Dünya çempionu 30 yaşında yığma ilə vidalaşdı

2 Fevral 2023 22:00 Fransa 412
Dünya çempionu 30 yaşında yığma ilə vidalaşdı

Rafael Varan Fransa komandasındakı karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

"Mançester Yunayted"in mərkəz müdafiəçisi 30 yaşında yığma ilə vidalaşıb.

Rafael Varan 2013-cü ilin mart ayında Fransa seçməsində debüt edib.

Bu müddət ərzində "xoruzlar"ın heyətində keçirdiyi 93 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Varan 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!