PSJ azlıqda qaldı, 90+6-cı dəqiqədə qələbəni əldən verdi - VİDEO

30 Yanvar 2023 10:20 Fransa 409
PSJ azlıqda qaldı, 90+6-cı dəqiqədə qələbəni əldən verdi - VİDEO

Sportinfo.az xəbər verir ki, PSJ Liqa 1-in 20-ci turunda “Reyms”i qəbul edib.

Görüş meydan sahiblərinin üstünlüyü ilə keçsə də, bu, hsabda öz əksini tapmayıb.

Belə ki, 51-ci dəqiqədə Neymarın qolu ilə önə keçən paytaxt komandası artıq 8 dəqiqə sonra azlıqda qalıb. Veratti PSJ-ni əlverişsiz vəziyyətdə qoyub.

Qonaqlar say üstünlüyündən yalnız 90+6-cı dəqiqədə istifadə edə biliblər - 1:1.

Bu nəticədən sonra PSJ 48 xalla liderliyini davam etdirir. “Reyms” isə 26 xalla 11-cidir.

Digər Xəbərlər
Xəbər Lenti