8 milyon ödəyib, Seneqal yığmasının hücumçusunu aldılar

29 Yanvar 2023 18:40 Fransa 991
8 milyon ödəyib, Seneqal yığmasının hücumçusunu aldılar

“Loryan” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi Seneqal yığmasının və “Marsel”in hücumçusu Bamba Dyenqi transfer edib.

22 yaşlı forvard yeni klubu ilə 2,5 + 2 illik müqaviləyə imza atıb. “Loryan” bu transferə görə Marsel təmsilçisinə 8 milyon avro ödəyib.

“Marsel” Bambanı 2021-ci ildə Seneqalın “Diambars” klubundan 400 min avro qarşılığında transfer etmişdi. Hücumçu bu komandada meydana çıxdığı 54 oyunda 11 qol vurub.

O, Seneqal yığmasında da 17 oyunda 2 dəfə fərqlənib.

Digər Xəbərlər
Xəbər Lenti