Mbappe ən yaxşı seçildi - Noyabr və dekabr ayları üçün

26 Yanvar 2023 10:00 Fransa 427
Mbappe ən yaxşı seçildi - Noyabr və dekabr ayları üçün

Fransada 2022-ci ilin noyabr və dekabr ayları üçün Liqa 1-in ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu Fransa Futbolçular Birliyinin saytında keçirilən səsvermədə qalib olub.

Kilian noyabr və dekabr aylarında 3 matçda iştirak edib və 2 qol vurub.

Ümumilikdə isə o, bu mövsüm Liqa 1-də 17 oyunda 13 qol vurub, 2 qolun ötürməsini verib.

Noyabrın 20-dən dekabrın 18-dək Qətərdə DÇ-2022 keçirilməsi səbəbindən yerli çempionatlarda fasilə yaranmış, bu səbəbdən də komandalar az oyun keçirmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti