Messinin atası PSJ rəhbərliyi ilə niyə görüşəcək?

26 Yanvar 2023 01:40 Fransa 370
Messinin atası PSJ rəhbərliyi ilə niyə görüşəcək?

Argentinalı hücumçu Lionel Messi PSJ ilə yeni müqavilə imzalamağa yaxındır.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu Fransa klubunda qalmaq istəyir.

Leonun atası Xorxe Messi tezliklə PSJ təmsilçiləri ilə görüşəcək. Görüş zamanı yeni müqavilənin müddəti və Messinin maaşı müzakirə olunacaq.

Görüşdə yeni müqavilə ilə bağlı razılığın əldə olunacağı gözlənilir.

Messi 2021-ci ilin avqustundan PSJ-də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 21 oyuna çıxıb, 13 qol vurub və 14 məhsuldar ötürmə edib.

Onun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!