“Onun kiminlə yaxşı münasibəti var? Mən bilmirəm”

26 Yanvar 2023 00:00 Fransa 661
“Onun kiminlə yaxşı münasibəti var? Mən bilmirəm”

Fransa yığmasının heyətində 1998-ci ildə dünya çempionu olmuş Emmanuel Petit millinin hazırkı baş məşqçisi Didye Deşam və keçmiş komanda yoldaşları ilə münasibətindən danışıb.

Sportinfo.az xəbər verir ki, "RMC Sport"a açıqlama verən veteran futbolçu Deşam haqda bunları deyib:

"Deşamın kiminlə yaxşı münasibəti var? Mən bilmirəm. 1998-ci ildə Fransa millisinin heyətində çempion olanlar onunla uzun müddət ünsiyyət qurmurlar.

Deşam Marsel Desayi ilə ünsiyyət qururmu? Bəlkə də. Amma mənim dəqiq məlumatım yoxdur.

Bizimlə əlaqə saxlamır. Biz susmaqdan, həqiqəti söyləməkdən yorulmuşuq. Artıq heç nə deyə bilməyəcəyimiz dünyada yaşayırıq.

Bəs Deşam kiminlə danışır? Heç kimlə. Bu qədər".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti