Messi nə PSJ-də qalmaq, nə də “Barselona”ya dönmək istəyir

25 Yanvar 2023 00:00 Fransa 736
Messi nə PSJ-də qalmaq, nə də “Barselona”ya dönmək istəyir

Lionel Messi yayda PSJ-dən ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, Paris klubunun hücumçusu bu mövsümün sonu başa çatan müqaviləni uzatmaq niyyətində deyil.

Argentinalı oyunçu DÇ-2022-nin qalibi olduqdan sonra müqaviləni yeniləmək fikrini dəyişib. O, hələ də gələcəyi haqqında düşünür. 35 yaşlı futbolçunun “Barselona”ya qayıtmaq isə planlarında deyil.

Messi bu mövsüm Liqa 1-də 15 oyuna çıxıb, 8 qol vurub və 10 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti