PSJ-dən Messi ilə bağlı YENİ QƏRAR

22 Yanvar 2023 21:40 Fransa 1 192
PSJ-dən Messi ilə bağlı YENİ QƏRAR

PSJ-nin futbolçusu Lionel Messi Fransa kubokunun 1/16 finalında "Pes de Kassel"lə keçiriləcək oyunu buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məşqçilər korpusu argentinalı hücumçuya istirahət vermək istəyirlər.

Sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, gərgin mövsüm keçirən Messi Argentina millisi ilə DÇ-2022-nin qalibi olub. O, bu mövsüm Liqa-1-də 15 oyuna 8 qol vurub, 10 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti