
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş "Nant" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Şalke"nin yarımmüdafiəçisi Floren Molleni transfer edib.
Bu barədə "sarı-yaşıllar"ın rəsmi saytı məlumat yayıb. "Nant" 31 yaşlı vingerlə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Floren Mollen "Şalke"yə mövsümün əvvəlində "Monpelye"dən transfer olunmuşdu. Fransalı futbolçu Almaniya klubunun heyətində meydana çıxdığı 11 matçda 1 qol vurub.