Çinli mərc etdi, Messinin formasını hərracda bu qiymətə aldı

17 Yanvar 2023 10:20 Fransa 469
Çinli mərc etdi, Messinin formasını hərracda bu qiymətə aldı

PSJ-nin futbolçularının son matçlarda geyindiyi formaları hərracda satılıb.

Sportinfo.az xəbər verir ki, ümumilikdə 17 forma satılıb.

Belə ki, Lionel Messinin “Anje” ilə oyundakı formasını (2:0) çinli bir şəxs alıb.

O, hərracın gedişində 22 min avrodan başlayaraq 7 mərc edib və 43 min 623 avro təklif edərək qalib olub.

Argentinalının forması bu hərracda satılan ən bahalı forma olub. Neymarın köynəyi alıcısına 7894 avroya, Kilian Mbappenin “Lans” (1:3) və “Strasburq” (2:1) ilə matçlardakı forması isə müvafiq olaraq 14,083 avro və 15,017 avroya başa gəlib.

Digər Xəbərlər
Xəbər Lenti