"Onu belə deməyə nə vadar etdiyini bilmirəm, hörmət etmək lazımdı"

11 Yanvar 2023 01:30 Fransa 434
"Onu belə deməyə nə vadar etdiyini bilmirəm, hörmət etmək lazımdı"

“Tottenhem”in qapıçısı Uqo Lloris Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qreyin fransalı mütəxəssis Zinəddin Zidan haqqında söylədiyi sözlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, futbolçu Zidana hörmət edilməli olduğunu deyib:

“Le Qreyi belə deməyə nə vadar etdiyini bilmirəm. Zidan kimi Fransaya çox şey verən futbolçulara hörmət etmək lazımdır.

Didye Deşam və Zidan futbolumuzun iki əfsanəsidir və bu cür açıqlamalar nə milliyə, nə də ümumiyyətlə, futbola nəsə qazandırır. Biz bölünməməliyik, ancaq Fransa millisi ətrafında birləşməliyik”.

Le Qrey daha əvvəl Zidanın harada olmasının vecinə olmadığını demişdi. Həmçinin, federasiya prezidenti onu heç vaxt Fransa millisinin baş məşqçisi postuna gətirməyəcəyiniu bildirib.

Daha sonra Le Qrey 50 yaşlı mütəxəssisdən üzr istəyib.

Digər Xəbərlər
Xəbər Lenti