Baş məşqçi istefaya göndəriləcək - Fransa klubundan

10 Yanvar 2023 10:20 Fransa 300
Baş məşqçi istefaya göndəriləcək - Fransa klubundan

"Nitsa"nın baş məşqçi postunda dəyişiklik olacaq.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi Fransa kubokunda üçüncü liqa təmsilçisi "Le Pyui”yə məğlubiyyətdən (0:1) sonra baş məşqçi Lüsyen Favrı istefaya göndərmək qərarına gəlib.

65 yaşlı isveçrəli cari mövsüm başlamazdan əvvəl “Nitsa”ya baş məşqçi təyin edilmişdi.

Hazırda Liqa 1-də komanda 17 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti