“Bəli, biz yeni müqavilənin imzalanması ilə bağlı müzakirələr edirik"

3 Yanvar 2023 12:00 Fransa 896
“Bəli, biz yeni müqavilənin imzalanması ilə bağlı müzakirələr edirik"

PSJ-nin futbolçusu Markinyos klubdakı gələcək taleyi barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, yeni müqavilənin imzalanması üçün danışıqların aparıldığını bildirib:

“Bəli, biz yeni müqavilənin imzalanması ilə bağlı müzakirələr edirik. Danışıqlar çox yaxşı gedir”.

Braziliyalı müdafiəçi 2013-cü ilin iyulundan PSJ-də çıxış edir. 28 yaşlı futbolçunun klubla müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədərdir.

O, 2022/23 mövsümündə Paris klubunun heyətində 23 matça çıxıb və 2 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti