PSJ-nin məğlubiyyətsizlik seriyasına son qoydular – VİDEO

2 Yanvar 2023 13:30 Fransa 1 041
PSJ-nin məğlubiyyətsizlik seriyasına son qoydular – VİDEO

Fransa Liqa 1-in XVII turunun daha bir matçı Lansda keçirilib.

Sportinfo.az xəbər verir ki, şəhərin eyniadlı komandası lider PSJ-ni qəbul edib.

Bu mövsüm daxili çempionatda uduzmayan parislilər ilk məğlubiyyətini ən yaxın izləyicisindən alıb.

Qarşılaşmada 3:1 hesablı qələbə qazanan “Lans” xallarının sayını 40-a çatdırıb və ikinci pillədəki mövqeyini möhkəmlədib.

PSJ isə 44 xalla hələ də əlçatmazdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti