"Mənə görə çox pul gedib, pis olsam, birinci özüm bunu deyəcəm"

29 Dekabr 2022 12:20 Fransa 598
"Mənə görə çox pul gedib, pis olsam, birinci özüm bunu deyəcəm"

PSJ-nin hücumçusu, müqavilə ilə "Reyms"ə məxsus Uqo Ekitike tənqidlərə cavab verib.

Sportinfo.az xəbər verir ki, "Canal+"a danışan forvard bunları deyib:

"PSJ-yə nəyə görə gəldiyimi bilirəm. Təbii ki, bu cür kluba gedəndə səndən gözləntilər yüksək olur.

İnsanlar sizin parlaq çıxışınızı gözləyir. Amma kifayət qədər oyun vaxtın yoxdursa, suallar yaranmağa başlayır.

Bilirəm ki, onlar daim məndən daha çox şey tələb edəcəklər. Çünki mənə görə çox pul gedib. Amma pis olsam, birinci özüm bunu deyəcəm. Yaxşı olarsa, o zaman komandaya kömək edəcəm".

Ekitike bu ilin iyulunda icarə əsasında "Reyms"dən PSJ-yə keçib. İcarə müqaviləsi 2022/2023 mövsümünün sonunda başa çatacaq və Paris klubu 20 yaşlı hücumçunu 35 milyon avroya ala biləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti