Mbappe PSJ-də qalmaq üçün 3 şərtini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe klubda qalmaq üçün 3 şərt qoyub.
Birincisi, PSJ-nin braziliyalı hücumçu Neymarı satmasıdır. İkinci şərt “Tottenhem”in hücumçusu Harri Keynin Paris klubuna gətirilməsidir.
Üçüncü şərt isə “Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın PSJ-nin baş məşqçisi postuna dəvət etməkdir.
Mbappe ya gələn yay, ya da 2024-cü ildə klubu tərk edə bilər.

