"Səni sevdim, mənə çox şey verdin, gözümdən yaş süzülür"

24 Dekabr 2022 12:00 Fransa 828
"Səni sevdim, mənə çox şey verdin, gözümdən yaş süzülür"

Fransa millisinin sabiq futbolçusu Blez Matuidi peşəkar karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Futbol, səni sevdim. Mənə çox şey verdin. Keçdiyim yola baxanda gözümdən yaş süzülür. Bütün arzularımı yerinə yetirdim.

Bu səhifəni çətinliklə, amma qürurla çevirirəm. Bu yolda məni müşayiət edən insanlara təşəkkür edirəm”.

Fransa yığması ilə 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olan Blez Matuidi son olaraq ABŞ-ın “İnter Mayami” klubunda çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti