Lionel Messinin PSJ-dəki gələcəyi müəyyənləşmək üzrədir.
Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu Paris təmsilçisi ilə yeni müqavilə barədə razılıq əldə edib.
35 yaşlı hücumçunun sözləşməsi 2023/24 mövsümünün sonuna kimi uzadılacaq.
Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. Təcrübəli futbolçu cari mövsümdə Fransa klubunun heyətində meydana çıxdığı 19 matçda 12 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Onun PSJ ilə hazırkı müqaviləsi mövsümün sonunda bitir.

