Hələ 23 yaşı var, baxın nələr edir, nələr! - FOTOLAR

21 Dekabr 2022 00:10 Fransa 1 103
Hələ 23 yaşı var, baxın nələr edir, nələr! - FOTOLAR

Dünya çempionatının finalında Argentinaya uduzan fransızların futbolçusu Kilian Mbappe bir neçə rekord sahibi oldu.

Sportinfo.az xəbər verir ki, hələ 23 yaşında olan ulduz forvard mundialların həlledici oyununda het-trik edən ikinci futbolçu kimi tarixə düşdü.

İndiyə qədər bu rekordun tək sahibi İngiltərə yığmasının sabiq futbolçusu Ceff Herst idi. O, 1966-cı il mundialının finalında Almaniya ilə matçda 3 qol vura bilmişdi.

Mbappenin digər rekordu isə finallarda 4 qol vurması ilə bağlıdır. İndiyə qədər iki finala çıxan 23 yaşlı oyunçu 4 dəfə rəqib qapılarına yol tapıb. O, 2018-ci il Rusiyada keçirilən mundialın həlledici oyununda Xorvatiyanın qapısına qol vurmağı bacarmışdı.

Ötən günü daha 3 dəfə fərqlənən Mbappe bu göstəricidə finallarda 3 qol vuran Ceff Herst, Vava, Pele və Zidanı geridə qoydu.

Kilian, həmçinin dünya çempionatları tarixində 12-ci qolunu da vurub. O, bununla Qabriel Batistuta, Qari Linekeri, Yurgen Klinsman kimi əfsanələri geridə qoyub.

Qarşıda ən azı 3 dünya çempionatında oynayacağını nəzərə alsaq, Mbappenin bütün rekordları qıracağı gözləniləndir.

23 yaşlı superulduz artıq bir çox göstəricilərdə tək rekord sahibidir.




Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti