"O, insanları təəccübləndirmək üçün kifayət qədər..."

17 Dekabr 2022 01:40 Fransa 607
"O, insanları təəccübləndirmək üçün kifayət qədər..."

Pol Poqba sosial şəbəkə hesabında paylaşım edib.

Sportinfo.az xəbər verir ki, o, Fransa millisinin və “Atletiko”nun hücumçusu Antuan Qrizmannı “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kanteyə bənzədib:

“Antuan Qrizmann məni təəccübləndirdi. O, insanları təəccübləndirmək üçün kifayət qədər intellektə və keyfiyyətlərə malik oyunçudur.

Antuan Qətərdəki dünya çempionatında daha çox Kanteyə bənzəyir”.

Fransa millisi DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək (2:0), həlledici oyuna vəsiqə qazanıb. Onların finaldakı rəqibi Argentina yığması olacaq. Oyun dekabrın 18-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti