"Problem orasındadır ki, bəzən özünü idarə etməkdə çətinlik çəkir”

7 Dekabr 2022 12:00 Fransa 341
"Problem orasındadır ki, bəzən özünü idarə etməkdə çətinlik çəkir”

PSJ-nin keçmiş baş məşqçisi Maurisio Poçettino fransalı hücumçu Kilian Mbappenin DÇ-2022-dəki çıxışını şərh edib.

Sportinfo.az xəbər verir ki, argentinalı məşqçi Mbappeni ağıllı və istedadlı hesab etdiyini dilə gətirib:

“O, inanılmaz dərəcədə ağıllıdır. Onun cəmi 23 yaşı var və artıq dünya çempionu ola bilib.

Çox istedadlıdır. Problem orasındadır ki, Mbappe bəzən özünü idarə etməkdə çətinlik çəkir”.

DÇ-2022-nin 1/8 final mərhələsinin Polşa ilə oyununda (3:1) iki dəfə fərqlənən fransalı futbolçu 5 qolla bombardirlər siyahısında liderdir.

Fransa DÇ-2022-nin 1/4 final mərhələsində İngiltərə millisi ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti