"Mən bu suala hər ay, hər həftə və hər gün cavab verməliyəm"

4 Dekabr 2022 18:20 Fransa 364
"Mən bu suala hər ay, hər həftə və hər gün cavab verməliyəm"

PSJ-nin sahibi və prezidenti Nasser Əl-Xələfi hücumçu Kilian Mbappenin klubdan ayrıla biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri fransalı futbolçunun PSJ-də xoşbəxt olduğunu deyib:

“Mən bu suala hər ay, hər həftə və hər gün cavab verməliyəm. Mbappe müqaviləni təzəcə yenilədi, hamımız xoşbəxtik.

Komanda mövsümdə heç bir oyunda uduzmayıb, biz artıq ardıcıl 100 oyun üçün matçlara bilet satmışıq”.

Mbappe Fransa millisi ilə Qətərdə keçirilən dünya çempionatında iştirak edir.

Digər Xəbərlər
Xəbər Lenti