"Mançester Yunayted"in mənimlə maraqlanıb-maraqlanmadığını bilmirəm"

2 Dekabr 2022 22:00 Fransa 645
"Mançester Yunayted"in mənimlə maraqlanıb-maraqlanmadığını bilmirəm"

"Mançester Yunayted"in transfer etmək istədiyi "Lill"in hücumçusu Conatan Devid açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Kanada millisinin üzvü bir gün Premyer Liqada oynamaq istədiyini bildirib:

"Bu mövzuda heç nə bilmirəm. Dünya çempionatında olarkən yalnız bu anların dadını çıxarırdım və turnirə köklənmişdim.

"Mançester Yunayted"in mənimlə maraqlanıb-maraqlanmadığını bilmirəm. Amma Premyer Liqa dünyadakı ən yaxşı çempionatdır və hər kəs orada oynamaq istəyər".

Conatan Devid cari mövsümdə "Lill"in heyətində Fransa çempionatında meydana çıxdığı 15 rəsmi matçda 9 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti