“Komandama görə heç vaxt narahat olmamışam. - Rəqəmlərə əhəmiyyət vermirəm"

28 Noyabr 2022 10:20 Fransa 349
“Komandama görə heç vaxt narahat olmamışam. - Rəqəmlərə əhəmiyyət vermirəm"

Fransa yığmasının baş məşqçisi Didye Deşam milli komandanın DÇ-2022-nin pley-off mərhələsinə vəsiqə qazanmasını şərh edib.

Danimarkanı məğlub edən (2:1) fransızlar 2006-cı ildən sonra dünya çempionatının pley-off mərhələsinə yüksələn son dünya çempionu kimi tarixə düşüb.

Sportinfo.az xəbər verir ki, baş məşqçi milli komandanın keyfiyyətli oyunçulardan təşkil edildiyini vurğulayıb:

“Komandama görə heç vaxt narahat olmamışam. Mən futbolçularımla birlikdə olanda qalib gəlmək üçün nə edəcəyimi bilirəm.

Rəqəmlərə əhəmiyyət vermirəm. Komandamız çox keyfiyyətlidir. Güclü ruha malik böyük oyunçularımız var”.

Deşam, qrup liderliyi uğrunda mübarizə aparacaqlarını bildirib:

“Futbolçularımızın oyun üslubları ilə fəxr edirəm. Qrupdan çıxa bildik. Birinci yer uğrunda mübarizə aparacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti