Fransa millisinin müdafiəçisi üçün mundial erkən başa çatdı

23 Noyabr 2022 22:00 Fransa 564
Fransa millisinin müdafiəçisi üçün mundial erkən başa çatdı

Qətərdə keçirilən dünya çempionatında Avstraliya ilə oyunda zədələnən Fransa millisinin futbolçusu Lukas Ernandesin durumuna aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin sağ diz çarpaz bağı yırtılıb.

Oyunçu mundialın digər matçlarında iştirak edə bilməyəcək. Ernandesi sözügedən matçın 13-cü dəqiqəsində qardaşı Teo Ernandes əvəzləyib.

Qarşılaşma Fransanın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM