"Onlar nankordur, əgər uduzsan, bu, məşqçinin günahıdır"

19 Noyabr 2022 22:00 Fransa 355
"Onlar nankordur, əgər uduzsan, bu, məşqçinin günahıdır"

PSJ-nin sabiq baş məşqçisi Maurisio Poçettino Paris təmsilçisi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, PSJ-ni nankor klub adlandırıb:

"Belə bir komanda qurmaq çətin iş idi. Ulduz, istedadlı futboluların yer aldığı komandada istədiyimi etmək üçün vaxt lazım oldu.

Amerika kubokundan və Avropa çempionatından yeni dönən futbolçular var idi, digərləri zədəli idi. Yeni şəhər, yeni mədəniyyət...

Komandada millilərinin 9-10 kapitanı var idi. Düşünürəm ki, bu, bir daha heç vaxt yaşamayacağım qeyri-adi bir təcrübə idi.

Onlar nankordurlar. Məşqçinin əməyini heç kim qiymətləndirmir.

Əgər qalib gəlirsənsə, bu, oyunçuların fərdi istedadına görədir. Əgər uduzsan, bu, məşqçinin günahıdır".

PSJ bu yay Poçettinonu istefaya göndərib. Onu Kristof Qaltye əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı