25 yaşlı hücumçu məşqdə toqquşdu və… DÇ-2022-də olmayacaq

17 Noyabr 2022 01:40 Fransa 462
25 yaşlı hücumçu məşqdə toqquşdu və… DÇ-2022-də olmayacaq

Fransa millisinin futbolçusu Kristofer Nkunku ("Leyptsiq") DÇ-222-ni buraxacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə yığmanın rəsmi Tvitter hasbında bildirilib.

25 yaşlı hücumçu məşqdə top uğrunda mübarizə apararkən Eduardo Kamavinqa ilə toqquşmadan sonra zədələnib .

Siyahıdan çıxarılan forvardı "Ayntraxt"dan Randal Kolo Muani əvəzləyib.

Fransa millisində Presnel Kimpembe, Pol Poqba və Nqole Kante də zədə səbəbindən mundialda iştirak etməyəcək.

Fransa millisi noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək mundialda Danimarka, Avstraliya və Tunislə birlikdə D qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!