Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messinin gələcəyini Qətərdə keçirilən dünya çempionatının nəticələri müəyyənləşdirəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Bildirilib ki, Argentina mundialın kubokunu qazana bilsə, o zaman 35 yaşlı futbolçu karyerasını başa vuracağı "İnter Mayami"yə keçəcək.
Bu, baş verməsə, Messi Avropada qalacaq və DÇ-2026-ya qədər oynamağa davam edəcək. Çox güman ki, Lionel PSJ ilə mövsümün sonunda başa çatacaq müqaviləni uzadacaq.
Qətərdə keçiriləcək dünya çempionatı Messi üçün karyerasında 5-ci mundial olacaq. Argentina ilə eyni qrupda Polşa, Səudiyyə Ərəbistanı və Meksika mübarizə aparacaq. Turnir noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

