PSJ Messi ilə 1+1 illik müqavilə təklif etməyi planlaşdırır

5 Noyabr 2022 12:20 Fransa 283
PSJ Messi ilə 1+1 illik müqavilə təklif etməyi planlaşdırır

Mövsümün sonunda PSJ olə müqaviləsi başa çatan Lionel Messinin komandada qalıb-qalmayacağı maraqla gözlənilir.

Sportinfo.az xəbər verir ki, İngiltərə mətbuatı argentinalı ulduzla bağlı yeni iddia irəli sürüb.

35 yaşlı hücumçu Paris təmsilçisinin yeni müqavilə təklifinə isti yanaşır.

Hazırda bütün diqqətini dünya çempionatına yönəldən Messi gələcəyi ilə bağlı yekun qərarı mundialdan sonra verəcək. PSJ rəhbərliyi də DÇ-2022-dən sonra ulduz futbolçuya 1+1 illik müqavilə təklif etməyi planlaşdırır.

Lionel Messi 2021-ci ilin yayından PSJ-də çıxış edir. O, Fransa klubunun heyətində meydana çıxdığı 52 matçda 23 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!