Messi ilə danışıqlara başladı - Yeni müqavilə imzalamaq üçün

3 Noyabr 2022 10:00 Fransa 502
Messi ilə danışıqlara başladı - Yeni müqavilə imzalamaq üçün

PSJ Lionel Messi ilə yeni müqavilə imzalamaq üçün hərəkətə keçib.

Sportinfo.az xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Lukas Kampos bu həftə argentinalı uldzuz ilə görüşüb.

Klub rəsmisi 35 yaşlı hücumçu ilə yeni sözləşmə ilə bağlı danışıqlar aparıb.

PSJ dünya çempionatı başlayana kimi argentinalı oyunçu ilə müqavilə məsələsini həll etmək istəyir. Messi klubun təklifini dəyərləndirəcəyini bildirib. Onun komandada qalmaq üçün şərti yüksək maaşdır.

Lionel Messi 2020-ci ilin yayından PSJ-də çıxış edir. Argentina millisinin üzvünün Fransa klubu ilə sözləşməsi mövsümün sonunda bitəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!