Dünya çempionatını buraxa bilər - Fransa millisində növbəti itki:

3 Noyabr 2022 00:00 Fransa 471
Dünya çempionatını buraxa bilər - Fransa millisində növbəti itki:

Dünya çempionatı öncəsi Fransa milli komandasının heyətində daha bir itki baş verib.

Sportinfo.az xəbər verir ki, PSJ-nin müdafiəçisi Presnel Kimpembe zədələnib.

27 yaşlı mərkəz müdafiəçisi Qətərdə baş tutacaq dünya çempionatını buraxa bilər.

Fransa yığmasında daha öncə Nqolo Kante və Pol Poqbanın dünya çempionatında iştirak etməyəcəyi dəqiqləşib.

Dünya çempionatı 20 noyabr - 18 dekabr tarixlərində baş tutacaq. Fransa millisi D qrupunda Danimarka, Avstraliya və Tunislə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti