"Qalatasaray"ın hücumçusu ilə bağlı qərar verdi - "Qarabağ"ın rəqibi

30 Oktyabr 2022 02:40 Fransa 369
"Qalatasaray"ın hücumçusu ilə bağlı qərar verdi - "Qarabağ"ın rəqibi

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" "Qalatasaray"dan icarəyə götürdüyü Mustafa Məhəmmədlə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, Fransa klubu 25 yaşlı forvardın müqaviləsində yer alan satınalma bəndindən yararlanacaq.

Liqa 1 təmsilçisi misirli hücumçu üçün "sarı-qırmızılar"a 5 milyon 750 min avro ödəyəcək.

"Nant" Mustafa Məhəmmədi mövsümün əvvəlində icarəyə götürüb. Misir yığmasının üzvü komandanın heyətində meydana çıxdığı 17 matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti