"Nant" (Fransa) Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la ev oyununa itki ilə çıxacaq.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi Şarl Traore görüşdə iştirak edə bilməyəcək.
Bu barədə komandanın baş məşqçisi Antuan Kombuare bildirib. Komandadakı yeganə itkinin Traore olduğunu vurğulayan mütəxəssis futbolçunun hələ də bərpa mərhələsində olduğunu qeyd edib.
Digər zədəli futbolçu Fabio isə artıq sağalıb. 32 yaşlı müdafiəçi Ağdam təmsilçisi ilə matçda meydana çıxa bilər.
Sabah keçiriləcək “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

