PSJ Messii lə yeni müqavilə bağlamaq istəyir, amma… MAAŞ PROBLEMİ

25 Oktyabr 2022 22:00 Fransa 1 098
PSJ Messii lə yeni müqavilə bağlamaq istəyir, amma… MAAŞ PROBLEMİ

PSJ-nin hücumçusu Lionel Messinin maaşı müqavilənin yenilənməsi ilə bağlı problem ola bilər.

Sportinfo.az xəbər verir ki, Fransa klubu müqavilənin müddətinin uzadılması üzərində işləyir. Messinin PSJ ilə müqaviləsinin bir il uzadılması variantı müzakirə edilir.

PSJ-nin idman direktoru Luis Kampos Messi ilə müqavilənin uzadılması variantı üzərində işləyir. O, argentinalıya klubun müqavilə bağlamaq istəyi barədə məlumat verib.

Klub oyunçunun peşəkarlığından məmnundur və PSJ-nin prezidenti Nasser Əl-Xələfi də argentinalı oyunçu ilə işləməkdən zövq alır.

Əsas problem Messinin maaşıdır. Ötən mövsüm argentinalının 41 milyon avro qazanması klubu narahat edib. Tərəflər bu məsələdə həll yolu tapmalı olacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti