Daha bir tanınmış futbolçu dünya çempionatını buraxa bilər

24 Oktyabr 2022 00:10 Fransa 1 012
Daha bir tanınmış futbolçu dünya çempionatını buraxa bilər

"Mançester Yunayted" ciddi itki ilə üz-üzə qalıb.

Sportinfo.az xəbər verir ki, İngiltərə klubunun aparıcı üzvü Rafael Varan zədələnib.

O, Premyer Liqanın 13-cü turunun "Çelsi" ilə görüşündə sıradan çıxıb.

Baldır nahiyəsindən zədələnən Varanın Fransa yığmasının heyətində dünya çempionatına yollanmayacağı ehtimal edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti