"Qarabağ"a qalib gəlmək üçün hər şey edəcəyik" - "Nant"ın baş məşqçisi

22 Oktyabr 2022 13:20 Fransa 1 242
"Qarabağ"a qalib gəlmək üçün hər şey edəcəyik" - "Nant"ın baş məşqçisi

"Qarabağ"la oyunda qələbə qazanmaq üçün vacib olan hər şeyi edəcəyik".

Sportinfo.az xəbər verir ki, bunu "Nant"ın baş məşqçisi Antuan Kombuare Liqa 1-in XII turunda "Nitsa"ya qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis məqsədlərinin çempionatda ən azı 16-cı yeri tutmaq olduğunu bildirib:

"Bu, elitada qalmağımıza kifayət edəcək. Lakin avrokuboklarda da qalib gəlmək arzusu ilə oynayacağıq. Hər görüşdə qələbə qazanmaq istəyirik".

Oktyabrın 23-də "Nitsa"nın qonağı olacaq "Nant" oktyabrın 27-də UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Qarabağ"ı qəbul edəcək.

"Köhlən atlar" hazırda G qrupunda 7 xalla ikinci, Fransa təmsilçisi isə 3 xalla üçüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti