Fransa Liqa 1-də XII tura start verilib.
Sportinfo.az xəbər verir ki, turun ilk matçında PSJ “Ayaçço”nun qonağı olub.
Görüş parislilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matç PSJ-nin super ulduzları Mbappe və Messinin benefisi ilə yadda qalıb.
Belə ki, fransalı hücumçunun vurduğu hər iki qolun ötürməsini Messini verib, Mbappe isə Messiyə “borcu”nu bir assistlə qaytarıb.

