Məşhur futbolçu DÇ-2022-yə getmir – 4 ay kənarda qalacaq

19 Oktyabr 2022 10:00 Fransa 741
Məşhur futbolçu DÇ-2022-yə getmir – 4 ay kənarda qalacaq

Futbol üzrə Fransa millisinin və “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante bu il Qətərdə keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bud nahiyyəsində zədəsi olan 31 yaşlı yarımmüdafiəçi əməliyyat olunub.

Bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb. Təcrübəli oyunçunun təqribən 4 ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq. Fransa yığması Avstraliya, Danimarka və Tunislə birlikdə H qrupunda mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti