PSJ Messini onunla əvəz edə bilər - TRANSFER GÜNDƏMİ

16 Oktyabr 2022 22:00 Fransa 992
PSJ Messini onunla əvəz edə bilər - TRANSFER GÜNDƏMİ

“Atletiko”nun portuqaliyalı hücumçusu Joao Feliks karyerasını Fransada davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı futbolçunu PSJ klubu transfer etmək istəyir.

Feliks yanvar ayında “Atletiko”dan ayrılmaq istəyir və Paris klubunun rəhbərliyi yay transfer pəncərəsində argentinalı hücumçu Lionel Messinin mümkün gedişini nəzərə alaraq, onunla müqavilə imzalaya bilər.

Feliks 2019-cu ildə, “Benfika”dan 127,2 milyon avroya “Atletiko”ya transfer edilib. Onun İspaniya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Feliks bu mövsüm La Liqada 8 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti