Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qovacaq?

16 Oktyabr 2022 00:40 Fransa 693
Fransa klubu "Qarabağ"la oyun öncəsi baş məşqçisini qovacaq?

"Nant"ı Fransada "Qarabağ"a qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin V tur oyununa yeni baş məşqçi çıxara bilər.

Sportinfo.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, uğursuz nəticələrdən narazı qalan klub rəhbərliyi Antuan Kambuareni istefaya göndərməyə hazırlaşır.

İddiaya görə, Liqa 1 təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına başlayıb.

Oktyabrın 16-da "Brest"lə çempionat oyunu 59 yaşlı mütəxəssisin bu vəzifədə son matçı ola bilər. Kollektiv bu görüşdə də uduzsa, Kambuare qovulacaq.

Nant şəhərinin eyniadlı təmsilçisi ölkə çempionatı və avrokuboklarda ümumilikdə keçirdiyi son 7 qarşılaşmada qələbə qazana bilməyib. Komanda Liqa 1-də 7 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

"Nant" və "Qarabağ" arasında V tur görüşü oktyabrın 27-də Fransada olacaq. Bakıdakı II tur matçında "köhlən atlar" rəqibini darmadağın edib - 3:0.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti